...

Ermənistanın törətdiyi müharibə cinayətlərinə görə ədalət tələb edirik - Ayxan Hacızadə

Siyasət Materials 18 Aprel 2023 12:49 (UTC +04:00)
Ermənistanın törətdiyi müharibə cinayətlərinə görə ədalət tələb edirik - Ayxan Hacızadə
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın Kəlbəcər rayonunda Ermənistan tərəfindən Azərbaycan və azərbaycanlılara qarşı törədilmiş ən qanlı qırğınlardan biri olan Başlıbel faciəsindən 30 il ötür.

Trend-in məlumatına görə, bu barədə bu gün Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə tvitter hesabında bildirib.

"Bu gün biz Ermənistanın müharibə cinayətlərinin və bəşəriyyətə qarşı cinayətlərinin bütün qurbanlarını kədər hissi ilə yad edir və onlar üçün ədalət tələb edirik", - deyə əlavə edib.

Qeyd edək ki, 1993-cü ilin aprelində Ermənistanın Kəlbəcər rayonunu işğal edən zaman Başlıbel kəndində törətdiyi qırğından 30 il ötür.

1993-cü ilin aprelin əvvəllərində Kəlbəcərin ermənilər tərəfindən işğalından sonra 2 minə yaxın əhalisi olan Başlıbel kəndinin 62 sakini evlərini vaxtında tərk edə bilməyib və düşməndən qorunmaq üçün dağlara çəkilərək kahalara sığınıblar. Onlar kahalarda cəmi 18 gün gizli yaşaya biliblər. Aprelin 18-də ermənilər sakinlərin sığındığı kahaların yerini aşkarladıqdan sonra onların üzərinə silahlı hücuma keçiblər. Nəticədə sakinlərdən 14 nəfər girov götürülüb, 18 nəfər qətlə yetirilib. Sağ qalan 30 nəfər isə sığınacaq yerlərini kəndin ərazisindəki digər kahalara dəyişərək mühasirə həyatını davam etdirib. Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti