...

Azərbaycanlılar Britaniya ictimaiyyətinə Ermənistanın əsirlərlə zorakı davranışına dair bəyanat ünvanlayıb

Siyasət Materials 19 Aprel 2023 10:56 (UTC +04:00)
Azərbaycanlılar Britaniya ictimaiyyətinə Ermənistanın əsirlərlə zorakı davranışına dair bəyanat ünvanlayıb

Bakı. Trend:

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında fəaliyyət göstərən Azərbaycan icması Ermənistan tərəfindən əsir götürülmüş Azərbaycan hərbçilərinə işgəncə verilməsi faktını qətiyyətlə pisləyib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, Britaniya Azərbaycanlıları Assosiasiyası, Şimali İrlandiyanın Azərbaycan icması adından Birləşmiş Krallıq ictimaiyyətinə və beynəlxalq təşkilatlara ünvanlanan bəyanatda Azərbaycan Ordusu əsgərlərinin – 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlunun və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlunun hansı şəraitdə Ermənistana əsir düşməsinə aydınlıq gətirilib, onlara qarşı qeyri-insani rəftara diqqət cəlb edilib. Bu vandalizm aktı beynəlxalq humanitar qanunların Ermənistan tərəfindən kobudcasına pozulması kimi qiymətləndirilib.

Müvafiq beynəlxalq təşkilatların təkcə bu cinayətkar insidenti deyil, həm də Ermənistan tərəfindən son 30 ildən artıq müddət ərzində itkin düşmüş 3890 nəfər azərbaycanlıya qarşı zorakılık aktlarını araşdırmasının və hüquqi qiymət verməsinin vacib olduğu, Ermənistanın mühüm beynəlxalq aktları, o cümlədən Cenevrə Konvensiyası, işgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyalar üzrə öhdəliklərini yerinə yetirmədiyi bir daha nəzərə çatdırılıb.

Soydaşlarımız yerli ictimaiyyəti və beynəlxalq təşkilatları həmin zorakılıq faktının araşdırılmasına, lazımi hüquqi qiymət verilməsinə çağırıb və Azərbaycan hərbçilərinin dərhal və qeyd-şərtsiz azad olunmasını tələb ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti