...

Siyasi ekspert: Mina terroru düşmənin məkrli niyyətindən əl çəkmədiyinin ən dəqiq sübutudur

Siyasət Materials 23 Aprel 2023 12:48 (UTC +04:00)
Siyasi ekspert: Mina terroru düşmənin məkrli niyyətindən əl çəkmədiyinin ən dəqiq sübutudur

Bakı. Trend:

Ermənistanın Azərbaycan ərazilərində mina terroru davam edir və son günlər qeydə alınan növbəti faciəvi faktlar düşmənin cinayətkar mahiyyətini bir daha ortaya qoyur.

Trend xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında siyasi ekspert Sahil Kərimli deyib.

İşğalçı Ermənistanın 30 ilə yaxın müddətdə Azərbaycan ərazilərini kütləvi şəkildə minaladığını bildirən S.Kərimli bildirib ki, müharibədən sonra xeyli ərazilər minalardan təmizlənib. Lakin acı reallıqdır ki, minatəmizləmə prosesi uzun müddət tələb edən prosesdir.

"Düşmənin ərazilərimizi minalama prosesi bu gün də davam edir. Bu, əsl terror, hərbi cinayətdir. Bu günlərdə iki hərbçimizin minaya düşməsi dünya ictimaiyyəti tərəfindən sərt şəkildə pislənməli, Ermənistan hərbi siyasi rəhbərliyinə ciddi təzyiqlər edilməlidir. Təəssüf ki, beynəlxalq dairələr ermənilərin dinc mülki əhaliyə qarşı mina terroruna, xüsusilə də azərbaycanlı jurnalistlərin Kəlbəcərdə minaya düşərək həlak olması faktına sərt reaksiya bildirməyib. Düşmənin cinayətkar hərəkətləri daha çox mülki dinc insanların qətlə yetirilməsinə, ömürlük şikəst qalmasına yönəlib. Ermənistan rəhbərliyi və ordusu bilməlidir ki, törətdikləri bütün cinayətlərə görə cavab verəcəklər", - deyə siyasi ekspert vurğulayıb.

Sahil Kərimli bildirib ki, Azərbaycan dövləti bütün səylərini cəmləyərək var gücü ilə bölgədə sülhə, təhlükəsizliyə nail olmağa, qan tökülməsinin qarşısını almağa çalışır. Azərbaycan Ermənistana sülh əlini uzadır. Amma görünən odur ki, düşmən məkrli niyyətindən hələ də əl çəkmək istəmir. Mina terroru ilə mülki və dinc azərbaycanlılara qarşı yönəlmiş bu vəhşiliklər deyilənlərə ən dəqiq sübutdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti