...

Laçın-Xankəndi yolunda nəzarət-buraxılış məntəqəsinin qurulması ermənilərin qanunsuz əməllərinə son qoyacaq – Afət Həsənova

Siyasət Materials 24 Aprel 2023 16:04 (UTC +04:00)
Laçın-Xankəndi yolunda nəzarət-buraxılış məntəqəsinin qurulması ermənilərin qanunsuz əməllərinə son qoyacaq – Afət Həsənova
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Laçın-Xankəndi yolunda Azərbaycan Dövlət Sərhəd Xidmətinin nəzarət-buraxılış məntəqəsənin qurulması Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən aparılan düşünülmüş, məqsədyönlü siyasət nəticəsində ölkəmizin növbəti qələbəsidir. Bu nəzarət-buraxılış məntəqəsini qurmaqla Azərbaycan öz suveren hüququnu bərpa etmiş oldu. Eyni zamanda Laçın-Xankəndi yolunda nəzarət-buraxılış məntəqəsənin qurulması ermənilərin Azərbaycan ərazilərində qanunsuz əməllərinə son qoyacaq.

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

O bildirib ki, Ermənistan bu yoldan sui istifadə etməklə Rusiya sülhməramlı kontingentinin yerləşdiyi Azərbaycan ərazilərində separatçılara silah daşıyırdılar.

“10 noyabr 2020-ci il üçtərəfli bəyanatın müddəalarına zidd olaraq, Ermənistan və qanunsuz erməni hərbi birləşmələri yoldan hərbi məqsədlər, o cümlədən minaların daşınması üçün istifadə edirlər ki, bu da regionda sabitliyə və təhlükəsizliyə ciddi təhdidlər yaradırdı. Vətən müharibəsindən sonra Azərbaycan ərazilərində basdırılan erməni istehsalı olan minalar da məhz bu yolla qeyri-qanuni daşınıb”, - deyə deputat bildirib.

A.Həsənova vurğulayıb ki, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanata uyğun olaraq erməni qanunsuz silahlı birləşmələri çoxdan Azərbaycan ərazilərindən çıxarılmalı idi.

“Lakin Ermənistan tərəfi bəyanatın müddəaların kobud şəkildə pozaraq hələ də ərazilərimizdə qanunsuz fəaliyyətini davam etdirir, ərazilərimizə silah, minalar daşıyır, ekoloji terror törədir, təbii sərvətlərimizi talan edir. Əlbəttə ermənilərin Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində bu cür qanunsuz əməlləri haqlı olaraq Azərbaycan xalqının narazılığına səbəb olub və bu cür vəziyyət uzun müddət davam edə bilməzdi, ermənilərin bu qanunsuz əməllərinin qarşısı alınmalı idi”, - deyə deputat vurğulayıb.

O qeyd edib ki, Vətən müharibəsindən sonra Azərbaycan işğaldan azad edilmiş ərazilərindən genişmiqyaslı bərpa və quruculuq işləri aparır və 30 illik həsrətdən sonra soydaşlarımızın doğma yurdlarına qaytarılmasına başlanılıb.

“Eyni zamanda Laçın ərazisinə də mülki insanlarımız köçürüləcək. Ermənilərin isə Laçın yolundan sui-istifadə edərək qanunsuz əməllər törətməsi, silah daşıması mülki insanlarımızın həyatı üçün hər zaman ciddi təhlükələr yarada bilərdi. Bu baxımdan Azərbaycan öz vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər görməli idi. Artıq bundan sonra ermənilər ərazilərimizdə qanunsuz əməllər həyata keçirə bilməyəcək.

Qarabağda yaşayan ermənilər isə artıq qərar verməlidirlər. Onların isə yalnız bir seçimi var. Azərbaycan Prezidenti Administrasiyasının təklifini qəbul edib reinteqrasiya məsələri üzrə təmaslara başlamalıdırlar. Onlar nə qədər tez qərar versələr, o qədər də tez yerli erməni əhali həyat tərzi yaxşılaşar, çünki hər ötən gün onların ziyanınadır”, - deyə deputat əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti