Bakı. Trend:
Xəbər verdiyimiz kimi, bu gün erməni mediası Rusiyanın Qarabağda müvvəqəti yerləşdirilən rus sülhməramlılarının komandanı Andrey Volkovu geri çağıraraq onu başqa bir şəxslə əvəz etmək qərarına gəldiyini yazıb. Artıq yeni komandanın kimliyi də məlum olub.
Trend bu barədə çərşənbə axşamı erməni mediasına istinadən xəbər verir ki, general-polkovnik Aleksandr Lentsov Qarabağda Rusiya sülhməramlı qüvvələrinin yeni komandanı təyin edilib.
Qeyd edək ki, məlumatda Andrey Volkovun artıq getməyə hazırlaşdığı, yeni komandanın artıq yolda olduğu və yaxın günlərdə gələcəyi deyilir.