...

Türkiyə XİN İrəvanda "Nemesis" terror əməliyyatına həsr olunmuş abidənin açılışını pisləyib

Siyasət Materials 27 Aprel 2023 01:08 (UTC +04:00)

Bakı. Trend:

Türkiyə Xarici İşlər Nazirliyi İrəvanda "Nemesis" terror əməliyyatına həsr olunmuş abidənin açılışını pisləyib.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, nazirlik İrəvanda 1920-ci illərin əvvəllərində Osmanlı İmperiyasının siyasi və hərbi rəhbərlərinin, eləcə də o dövrün Azərbaycan rəsmilərinin və hətta Osmanlı imperiyasının bəzi erməni əsilli vətəndaşlarının qətlini törədənlərə həsr olunmuş “Nemesis abidəsi”nin açılışını pisləyib.

"Bu biabırçı abidənin açılışı 31 diplomatımız və onların ailə üzvlərinin ölümü ilə nəticələnən dəhşətli hücumlara səbəb olan qanlı terror aktının şöhrətləndirməsidir. Bu hadisənin erməni mətbuatında təqdim olunma tərzi də onu göstərir ki, bəzi təfəkkürlərdə hələ də tarixin təhrif olunmuş şərhi var ki, onu qəbul etmək mümkün deyil. Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesinin ruhuna uyğun gəlməyən bu cür təxribatçı addımlar heç bir halda regionda möhkəm və davamlı sülh və sabitliyin bərqərar edilməsi səylərinə töhfə verməyəcək, əksinə, normallaşma prosesinə mənfi təsir göstərəcək", - deyə nazirlik qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti