...

Azərbaycan XİN Belqradda məktəbdə baş verən atışma ilə bağlı başsağlığı verib

Siyasət Materials 3 May 2023 16:45 (UTC +04:00)
Azərbaycan XİN Belqradda məktəbdə baş verən atışma ilə bağlı başsağlığı verib
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Serbiyanın Belqrad şəhərində məktəbdə baş verən dəhşətli atışma xəbəri bizi çox kədərləndirdi.

Trend-in məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyinin "Twitter" hesabında qeyd edilib.

"Həlak olanların ailələrinə, Serbiya xalqına və hökumətinə dərin hüznlə başsağlığı veririk. Bütün yaralılara şəfa diləyirik", - deyə bildirilib.

Qeyd edək ki, Serbiyanın paytaxtı Belqradda məktəbdə silahlı insident baş verib. Hadisəni məktəbdə oxuyan şagirdlərdən birinin törətdiyi bildirilir. Baş vermiş silahlı insident zamanı azı 8 şagird və məktəbin təhlükəsizlik nəzarətçisi qətlə yetirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti