...

Azərbaycan Avrasiya regionunda açar ölkədir – Espertlər “Baku Network” platformasında (FOTO/VİDEO)

Siyasət Materials 4 May 2023 17:19 (UTC +04:00)
Azərbaycan Avrasiya regionunda açar ölkədir – Espertlər “Baku Network” platformasında (FOTO/VİDEO)

Bakı. Trend:

“Baku Network” platforması çərçivəsində Milli Məclisin deputatları Sevil Mikayılova, Tural Gəncəliyev və Trend BİA-nın direktor müavini, siyasi şərhçi Sahil Kərimlinin iştirakı ilə Şuşada baş tutan növbəti beynəlxalq konfransda keçirilən müzakirələr, Prezident İlham Əliyevin səsləndirdiyi bəyanatlar, beynəlxalq dairələrə verdiyi mesajlar ətrafında fikir mübadiləsi aparılıb.

Debat zamanı həmçinin Cənubi Qafqazda cərəyan edən son hadisələr, baş verən geosiyasi proseslər, xüsusilə də Ermənistanla Azərbaycan arasında davam edən sülh danışıqlarının gedişi, yeni himayədar axtarışında olan rəsmi İrəvanın tutduğu qeyri-konstruktiv mövqe müzakirə edilib. Eskpertlər Azərbaycanın dünya üçün önəmindən, reallaşdırdığı nəhəng layihələrdən, Avropada etibarlı və əvəzedilməz tərəfdaş olmasından söz açıblar. Eyni zamanda bəzi siyasi dairələr tərəfindən Azərbaycana qarşı sərgilənən ədalətsiz mövqe, ölkəmizin milli maraqlarına zidd olan addımların atılması və bu neqativ halların Prezident İlham Əliyev tərəfindən necə qətiyyətlə dəf edilməsi vurğulanıb.

Qeyd edilib ki, regionda baş verən yeni proseslər Azərbaycanın mövqeyini daha da gücləndirəcək. Azərbaycanın Avrasiya regionunda açar ölkə olması reallığı ətrafında da fikir mübadiləsi aparılıb. Trend BİA “Baku Network” platforması çərçivəsində keçirilən növbəti müzakirənin videovariantını təqdim edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti