...

Azərbaycan ərazisi minalarla ən çox çirklənmiş ölkələrin sırasına daxildir - Devid Denman

Siyasət Materials 5 May 2023 13:17 (UTC +04:00)
Azərbaycan ərazisi minalarla ən çox çirklənmiş ölkələrin sırasına daxildir - Devid Denman
Nəzrin Babayeva
Nəzrin Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan ərazisi minalarla ən çox çirklənmiş ölkələrin sırasına daxildir.

Trend cümə günü xəbər verir ki, bunu RPS Energy Ltd. şirkətinin mühəndislik xidmətləri şöbəsinin texniki direktoru Devid Denman bir neçə gün əvvəl Tərtər rayonunda baş vermiş mina partlayışı ilə əlaqədar brifinqdə deyib.

"Biz Azərbaycana 2021-ci ildə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) dəvətilə gəldik. Şirkətimiz bir çox ölkələrdə minatəmizləmə ilə məşğuldur, lakin Azərbaycandakı qədər mina hələ heç yerdə görməmişəm. Mən buraya RAMS (Remote Aerial Minefield Survey) texnologiyasının köməyilə minatəmizləmə prosesini öyrənmək üçün gəlmişəm. Əməkdaşlıq illərində biz xeyli iş görmüşük, böyük uğurlara nail olmuşuq. Lakin bütün səylərimizə baxmayaraq, Azərbaycan ərazisində hələ də sakinlər minalar nəticəsində həlak olur. Bildiyiniz kimi, aprelin 28-də Tərtərdə əməkdaşlıq etdiyimiz insanlar həlak oldular. Hər dəfə bu cür acı xəbərlər almaq mənim üçün çox ağırdır. Lakin tam əminliklə və ümidlə deyirəm ki, ANAMA-nın köməyilə dinc sakinlərin bu ərazilərə təhlükəsiz qayıdışını təmin edə biləcəyik və irimiqyaslı "Böyük Qayıdış" prosesini sürətləndirəcəyik", - o deyib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) 2021-ci ildən etibarən minalı sahələrin tədqiqi üçün Britaniyanın RPS Energy Ltd. şirkətilə birgə RAMS (Remote Aerial Minefield Survey) texnologiyasını tətbiq edir. Bu əməkdaşlıq çərçivəsində süni intellektin köməyilə Azərbaycanın erməni işğalından azad olunmuş 51 min hektar ərazisi tədqiq olunub.

Xatırladaq ki, aprelin 28-də Tərtər rayonunda mina partlayışı nəticəsində RPS Energy Ltd. şirkəti ilə çalışan 1982-ci il təvəllüdlü Yusifov Nadir Pənah oğlu, 1981-ci il təvəllüdlü Gözəlov Səxavət İsmayıl oğlu və 1996-cı il təvəllüdlü Sədiyev Fərid Mehman oğlu həlak olub.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti