Bakı. Trend:
Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb.
Trend-in məlumatına görə, iclasın gündəliyinə 22 məsələ daxildir.
Bunlar aşağıdakılardır:
1. İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik
məlumatı.
2. “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası
Hökuməti arasında Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun
yaradılması haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan
Respublikası qanununun layihəsi.
3. “Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali
İrlandiya Birləşmiş Krallığı Hökuməti arasında beynəlxalq avtomobil
daşımaları haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan
Respublikası qanununun layihəsi.
4. “Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri
Hökuməti arasında diplomatik və xüsusi/xidməti pasportlara malik
şəxslərin giriş vizasından azad edilməsi haqqında” Anlaşma
Memorandumunda dəyişiklik edilməsi ilə əlaqədar notalar
mübadiləsinin təsdiq edilməsi və “Azərbaycan Respublikası Hökuməti
və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında diplomatik
pasportlara malik olan şəxslərin giriş vizasından azad edilməsi
haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında Azərbaycan
Respublikası qanununun layihəsi.
5. “Minatəmizləmə sahəsində xidmətlərə görə” Azərbaycan
Respublikasının medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan
Respublikasının orden və medallarının təsis edilməsi haqqında”
Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).
6. “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası
qanununun layihəsi (ikinci oxunuş).
7. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun
layihəsi (ikinci oxunuş).
8. Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Azərbaycan
Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində, “Torpaq
islahatı haqqında”, “Energetika haqqında”, “Torpaq icarəsi
haqqında”, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və
yerquruluşu haqqında”, “Torpaq bazarı haqqında”, “Bələdiyyə
torpaqlarının idarə edilməsi haqqında”, “Bələdiyyə torpaqlarının
ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması
qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və “Elektrik
enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə
haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik
edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci
oxunuş).
9. “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq
pozuntularının profilaktikası haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası
qanununun layihəsi (ikinci oxunuş).
10. Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik
edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi
(ikinci oxunuş).
11. Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik
edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi
(ikinci oxunuş).
12. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası
qanununun layihəsi (ikinci oxunuş).
13. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş
uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası
qanununun layihəsi (ikinci oxunuş).
14. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan
Respublikası qanununun layihəsi (ikinci oxunuş).
15. “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun
layihəsi (ikinci oxunuş).
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində
dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun
layihəsi (birinci oxunuş).
17. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və
sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan
Respublikası qanununun layihəsi (birinci oxunuş).
18. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun
layihəsi (birinci oxunuş).
19. “Elm haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci
oxunuş).
20. “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun
layihəsi (birinci oxunuş).
21. Azərbaycan Respublikasının Əmək Məcəlləsində, “Məktəbəqədər
təhsil haqqında” və “Ümumi təhsil haqqında” Azərbaycan
Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan
Respublikası qanununun layihəsi (birinci oxunuş).
22. “Sanitariya-epidemioloji salamatlıq haqqında”, “Şəhid adının
əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında”,
“Yanğın təhlükəsizliyi haqqında”, “Milli arxiv fondu haqqında”,
“Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş
uşaqların sosial müdafiəsi haqqında” və “Hərbi vəzifə və hərbi
xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik
edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci
oxunuş).