...

Prezident İlham Əliyev: Ələt Dəniz Limanı yaxın vaxtlarda modernləşdiriləcək

Siyasət Materials 25 May 2023 19:08 (UTC +04:00)
Prezident İlham Əliyev: Ələt Dəniz Limanı yaxın vaxtlarda modernləşdiriləcək

Bakı. Trend:

On beş milyon ton yükün daşınmasına hesablanmış Ələt Dəniz Limanı yaxın vaxtlarda modernləşdiriləcək və yükaşırmaların həcmi 25 milyon tona çatacaq.

Trend xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında çıxışı zamanı söyləyib.

Son zamanlar Azərbaycan ərazisindən yükdaşımaların artmasını nəzərə alsaq, bunun xüsusilə vacib olduğunu deyən dövlətimizin başçısı bildirib ki, artıq bir neçə ildir Bakıda bütün növ gəmilər hazırlaya bilən müasir gəmiqayırma tərsanəsi fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti