...

Hakan Fidan Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib

Siyasət Materials 15 İyun 2023 13:46 (UTC +04:00)
Hakan Fidan Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin xarici işlər naziri Hakan Fidan 15 İyun Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib.

Trend-in məlumatına görə, bu barədə nazir tvitter hesabında qeyd edib.

"Bu gün həm Can Azərbaycanın Milli Qurtuluş Günüdür, həm də aramızdakı təbii müttəfiqliyi daha da gücləndirən "Şuşa Bəyannaməsi"nin ildönümüdür. Təbrik edirik!

Kədərimiz, sevincimiz hər zaman bir yerdə olan Azərbaycanlı qardaşlarımızla tək millət, iki dövlətik", - deyə paylaşımda bildirilib.

Qeyd edək ki, Azərbaycanda 15 iyun - Milli Qurtuluş Günü kimi qeyd edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti