Bakı. Trend:
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məktəbdə törədilən terror aktı ilə əlaqədar Uqandaya başsağlığı verib.
Trend xəbər verir ki, bu barədə Azərbaycan XİN-in "Twitter" səhifəsində bildirilib.
"Uqandada məktəbdə terror hücumunu şiddətlə qınayırıq. Tələbələrin həyatını itirməsindən dərin kədər hissi keçirir, həlak olanların ailələrinə başsağlığı verir və yaralananlara tezliklə şəfa diləyirik", - məlumatda qeyd olunub.