...

“İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsi haqqında” Qanuna dəyişiklik təsdiqləndi

Siyasət Materials 19 İyun 2023 16:39 (UTC +04:00)
“İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsi haqqında” Qanuna dəyişiklik təsdiqləndi

Bakı. Trend:

Prezident İlham Əliyev “İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.

Trend xəbər verir ki, Dəyişikliyə əsasən, Fondun gəlirləri və xərcləri bərabər olaraq 5,0 milyon manat (2,4 faiz) artırılmaqla 217,7 milyon manat təşkil edəcək.

Yenidən baxılmış 2023-cü il dövlət büdcəsinin gəlirləri 33 milyard 779,5 milyon manat proqnozlaşdırılır ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 3 milyard 5,5 milyon manat və ya 9,8 faiz çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti