...

Azərbaycan və Ermənistan açıq qalan məsələlər üzərində birgə işləməlidir - Avropa Şurasının baş katibi

Siyasət Materials 19 İyun 2023 22:28 (UTC +04:00)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Ermənistan açıq qalan məsələlər üzərində birgə işləməlidir.

Trend xəbər verir ki, bunu Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasında çıxışı zamanı Avropa Şurasının baş katibi Mariya Peyçinoviç-Buriç deyib.

"Əhəmiyyətli və tamamilə təşkilatın səlahiyyətlərinə aid olan tədbirlərdən biri də etimadın gücləndirilməsi tədbirləridir. Bu etimad quruculuğu tədbirlərinin üç raundu tamamlanıb", - deyə o bildirib.

Baş katib Avropa Şurasının nümayəndə heyətlərinin Azərbaycan və Ermənistana səfərlərinin əhəmiyyətini də qeyd edib.

"Azərbaycana bu səfərlərdən biri artıq iki-üç həftə əvvəl baş tutub, iki həftədən sonra isə Ermənistana səfərin təşkili planlaşdırılır. Bu səfərlərin məqsədi bütün müvafiq məsələləri nəzərdən keçirməkdir. Mən tərəfləri fəal dialoqa çağırıram", - deyə Mariya Peyçinoviç-Buriç bildirib.

O qeyd edib ki, Azərbaycan və Ermənistan itkin düşmüş şəxslər, mina xəritələri və gündəlikdəki digər müvafiq məsələlər kimi açıq qalan məsələlər üzərində birgə işləməlidir.

Avropa Şurasının baş katibi hesab edir ki, sülh naminə aparılacaq bu birgə işi heç nə əvəz edə bilməz.

"Biz kömək edə bilərik, lakin əsas və vacib hissə iki ölkədən asılıdır. Görüşlərin getdiyini görürəm, amma hələ də həll olunmamış problemlər var", - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti