...

Böyük Britaniya ilə Azərbaycan təhlükəsizlik məsələlərini müzakirə ediblər

Siyasət Materials 21 İyun 2023 00:06 (UTC +04:00)

Bakı. Trend:

Böyük Britaniya və Azərbaycan qlobal təhlükələrə qarşı birgə mübarizə aparır.

Trend-in məlumatına görə, bu barədə öz "Twitter" səhifəsində Böyük Britaniyanın Avropa və Şimali Amerika məsələləri üzrə dövlət naziri Leo Dokerti yazıb.

"Beşinci Strateji Dialoqumuz zamanı Böyük Britaniya-Azərbaycan tərəfdaşlığının genişliyini müzakirə etmək üçün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu qəbul etməkdən məmnun oldum. Mən təhlükəsizlik, ticarət və mədəniyyət sahəsində gələcək əməkdaşlığı səbirsizliklə gözləyirəm", - deyə nazir qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti