Bakı. Trend:
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Albaniyanın xarici işlər naziri Olta Xhaçka ilə görüşüb.
Trend-in məlumatına görə, bu barədə nazir öz "Twitter" hesabında qeyd edib.
"Hörmətli həmkarım və dostumla - Albaniyanın xarici işlər naziri Olta Xhaçka ilə Ukraynanın bərpası ilə bağlı konfrans çərçivəsində görüşməkdən məmnunam. Bizim Azərbaycan- Albaniya ikitərəfli əməkdaşlığın hazırkı vəziyyətini nəzərdən keçirmək və onun inkişaf perspektivləri haqqında ətraflı danışmaq şansımız oldu", - deyə nazir qeyd edib.