Bakı. Trend:
Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycana səfərə gəlib.
Trend-in məlumatına görə, nazir Qoşulmama Hərəkatının Koordinasiya Şurasının Nazirlər toplantısında iştirak edəcək.
Türkiyə XİN başçısı toplantı çərçivəsində keçiriləcək Qoşulmama Hərəkatının Fələstin Nazirlər Komitəsinin iclasına və Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə keçiriləcək tədbirə qatılacaq.