...

Mülki ermənilər Laçındakı sərhəd-buraxılış məntəqəsindən sərbəst keçirlər (VİDEO)

Siyasət Materials 7 İyul 2023 12:09 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Laçın-Xankəndi yolunun başlanğıcında, “Laçın” sərhəd-buraxılış məntəqəsində erməniəsilli şəxslərin sərbəst keçidi təmin edilib.

Trend xəbər verir ki, bununla bağlı videogörüntüdə mülki ermənilərin sənədlərinin yoxlanılması əks olunur.

Görüntülərdən də aydın olduğu kimi, Qarabağın erməni əhalisi çox sərbəst və təhlükəsiz şəkildə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) müşayiətilə sərhəd-buraxılış məntəqəsindən keçiblər.

Bu, bir daha mülki ermənilərin sərhəd-buraxılış məntəqəsindən keçidində heç bir maneənin, hər hansı çətinliyin olmamasının göstəricisidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti