...

Yoav Qallantın Azərbaycana səfəri başa çatıb

Siyasət Materials 14 İyul 2023 10:36 (UTC +04:00)
Yoav Qallantın Azərbaycana səfəri başa çatıb
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

İsrailin müdafiə naziri Yoav Qallantın Azərbaycana səfəri başa çatıb.

Trend-in məlumatına görə, nazir bu barədə tviterdə yazıb.

Y.Qallant qeyd edib ki, səfər çərçivəsində Azərbaycanla müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib:

“Biz bir sıra sahələrdə əməkdaşlıq etməklə yanaşı, güclü əlaqələrimizi və möhkəm dostluğumuzu daha da dərinləşdirmək istiqamətində razılıq əldə etdik. Müdafiə əlaqələrimiz hər iki xalqın təhlükəsizliyinə, eləcə də regional sülh və sabitliyə töhfə verir”.

Qeyd edək ki, iyulun 13-ü Bakıya gələn Y.Qallant Prezident İlham Əliyev tərəfindən qəbul edilib. O, eyni zamanda müdafiə naziri general-polkovnik Zakir Həsənov, Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev tərəfindən qəbul edilib, müzakirələr aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti