Bakı. Trend:
Terrorçuların qəhrəmanlaşdırılması Ermənistanın dövlət siyasətidir. Erməni terroru beynəlxalq terrorizmin mühüm tərkib hissəsidir. Belə ki, erməni terrorunun tarixinin 100 ildən çox olduğu elmi araşdırmalarla sübuta yetirilib. Ermənistan bir çox ölkələrdə rəsmi şəxslərə qarşı amansız terror törədən terrorçuları qəhrəmanlaşdırmaqla terroru dövlət səviyyəsində dəstəklədiyini sübuta yetirir.
Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.
O qeyd edib ki, erməni terror təşkilatları siyasi terror
aksiyalarından geniş istifadə edib.
“Ermənilərin siyasi terrorunun əsas hədəflərindən biri qardaş
Türkiyənin xarici ölkələrdəki diplomatları olub. Ermənilər müxtəlif
vaxtlarda qardaş Türkiyənin xarici ölkələrdəki diplomatlarına qarşı
qanlı terror aktları törədiblər. Ermənistan bu gün belə qanlı
terror törədənləri qəhrəmanlaşdırmaqla terrora dövlət səviyyəsində
dəstək verdiyini ortaya qoyur.
Erməni terrorçularının törətdiyi qanlı siyasi terorr aktlarından biri də 1983-cü il iyulun 27-də baş verib. Həmin tarixdə Sarkis Abrahamyan, Setrak Acemyan, Vaçe Dağlıyan, Ara Kurcuhliyan və Simon Yahneyan Lissabondakı Türkiyə səfirliyinə daxil olaraq müvəqqəti işlər vəkilinin xanımı Cahidə Mıhıçoğlunu və 17 yaşlı oğlu Atasayı girov götürüblər.
Portuqaliya baş naziri Mario Soares hadisəni nəzarət altına almış və hadisə yerinə göndərdiyi 170 polis səfirliyin binası mühasirəyə almışdır. Terrorçular diplomatın xanımını və bir Portuqaliya polisini qətlə yetirərək özləri ilə bərabər binanı partlatmışlar.
Ermənilərin bu terror aktı beynəlxalq ictimaiyyət tərəfindən də kəskin pislənib. Hadisəyə ABŞ Prezidenti Ronald Reyqan da münasibət bildirmişdir. Terrorçuların xanımı qətlə yetirmələri onu xüsusilə təsirləndirmişdir. O demişdir: “Biz digər ölkələrin hökumətləri ilə birgə çalışaraq buna birdəfəlik son qoyacağıq.” ABŞ Milli Təhlükəsizlik Şurasının üzvü Oliver North terrorçuların neytrallaşmasına yönəlmiş Milli Təhlükəsizlik Qərarları Direktivi (MTQD) hazırlamışdır. 138 nömrəli həmin MTQD Amerikanın özünü terrorçulardan qoruma hüququnu özündə ehtiva edir.
Lakin bu gün ermənilər həmin qanli terroru törədən qatilləri qəhrəmanlaşdırır və əsl üzlərini göstərirlər. Hər il 27 iyul tarixində Ermənistan ictimaiyyəti “Lissabon 5” adlı anım mərasimi keçirir. Bu tədbir Amerika Birləşmiş Ştatları, Fransa, Livan erməniləri tərəfindən də qeyd olunur. Adətən belə tədbirlərdə erməni ruhaniləri “öz ləyaqətli ölümləri ilə erməni icmasını sarsıtmış azadlıq uğrunda canlarından keçən qəhrəmanların” şərəfinə rekviyemlər söyləyirlər. Ermənilərin əsal mahiyyəti budur, bütün gücləri ilə terroru dəstəkləyir, qatı terroçuları qəhrəmanlaşdırırlar. Əlbəttə ki, Azərbaycan da erməni terrorundan ən çox əziyyət çəkən ölkədir. Ermənilər Azərbaycan xalqına qarşı çoxlu sayda qanlı terror akstları törədib və nəticədə minlərlə günahsız insanlarımız amansızcasına qətlə yetirilib”, - deyə deputat əlavə edib.