...

Ermənisan Xarici İşlər Nazirliyi yenə də dezinformasiya yayır - Ayxan Hacızadə

Siyasət Materials 29 İyul 2023 20:08 (UTC +04:00)
Ermənisan Xarici İşlər Nazirliyi yenə də dezinformasiya yayır - Ayxan Hacızadə
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Ermənisan Xarici İşlər Nazirliyi yenə də dezinformasiya yayır.

Trend xəbər verir ki, bunu Azərbaycan XİN mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə “Twitter“də yazıb.

Ermənistan XİN sözçüsü Ani Badalyanın yalan informasiyalar səsləndirməsinə cavab olaraq, Hacızadə qeyd edib ki, sözügedən 68 yaşlı Vaqif Xaçaturyan Xocalıdakı Meşəli qətliamında iştirak etdiyi üçün beynəlxalq axtarışa verilib.

"İstintaq müəyyən edib ki, Xaçaturyan 1991-ci ildə Meşəli kəndinə basqın edərək 25 azərbaycanlını qətlə yetirmiş, 14 nəfəri yaralamış, 358 azərbaycanlını öz yurd-yuvasından didərgin salmış erməni silahlı cinayətkarları sırasında yer alır”, - Ayxan Hacızadə qeyd edib

Qeyd edək ki, Vaqif Xaçaturyan bu gün Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə müalicə almaq adı altında Ermənistan Respublikasına getmək istəyərkən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti