...

Ayxan Hacızadə Litvanın xarici işlər nazirinə cavab verib

Siyasət Materials 9 Avqust 2023 15:18 (UTC +04:00)
Ayxan Hacızadə Litvanın xarici işlər nazirinə cavab verib
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Litvanın xarici işlər naziri Qabrielius Landsbergisin paylaşımına cavab verib.

Trend xəbər verir ki bu barədə A.Hacızadə "X" (tvitter) sosial şəbəkə hesabında qeyd edib.

“Cənab nazir Landsbergis, yaxşı olardı ki, saxta erməni təbliğatına aldanmayasınız. Laçın yolu Ermənistan tərəfindən son üç il ərzində sui-istifadə edilib. Təəssüf ki, bütün bu illər ərzində Litva susqunluq nümayiş etdirib. Azərbaycan Ermənistanın pisniyyətli əməllərinin qarşısını almaq məqsədilə Laçın sərhədində yoxlanış məntəqəsi yaradıb və çatdırmalar üçün Ağdam-Xankəndi yolundan istifadə edilməsini təklif edib. Bu arada isə, Beynəlxalq Ədalət Məhkəməsinin 6 iyul qərarı Ermənistanın yoxlanış məntəqəsinin ləğvi üçün müraciətini yekdilliklə rədd edib. Azərbaycan erməni sakinlərin hər iki istiqamətdə nəqlini asanlaşdırır. Ermənistanı sülh prosesini baltalamaq yerinə daha konstruktiv yanaşma nümayiş etdirməyə çağırmaq daha uyğun olardı.”, - deyə o,əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti