...

Bu fondun adı dəyişdirilir

Siyasət Materials 8 Sentyabr 2023 12:02 (UTC +04:00)
Bu fondun adı dəyişdirilir
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun adı dəyişdirilir.

Trend-in məlumatına görə, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçirilən iclasında "Azərbaycan Respublikası Hökuməti və Özbəkistan Respublikası Hökuməti arasında Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun yaradılması haqqında 2023-cü il 24 fevral tarixli Saziş"ə dəyişikliklər müzakirəyə çıxarılıb.

Dəyişikliyə əsasən, sazişin adında "Azərbaycan-Özbəkistan Investisiya Fondu" sözləri
"Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti (Fond)" sözləri ilə əvəz edilir.

Qeyd edək ki, saziş Azərbaycan Respublikasının Şuşa şəhərində 2023-cü il 18 iyul tarixində Azərbaycan, özbək və rus dillərində olmaqla, iki nüsxədə imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti