...

Zaxarova Paşinyanın ritorikasını tənqid etdi

Siyasət Materials 12 Sentyabr 2023 16:57 (UTC +04:00)
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Ritorika elə olmalıdır ki, vəziyyətin tənzimlənməsinə imkan yaratsın. Qızışdırmağı, alışdırmağı, uzaqlaşdırmağı artıq hamı öyrənib.

Trend çərşənbə axşamı xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova "Komsomolskaya Pravda" qəzetinə müsahibəsində erməni məmurlarının, o cümlədən baş nazir Nikol Paşinyanın təxribat xarakterli açıqlamalarını şərh edərkən deyib.

"Tam iki gün öncə Rusiyanın xarici işlər naziri Sergey Viktoroviç Lavrov vaxtaşırı müxtəlif tərəflərdən - həm hakimiyyətdəki şəxslərdən, həm də siyasi dairələri təmsil edən şəxslərdən - eşitdiyimiz bu ritorikanı şərh edib. Ritorika elə olmalıdır ki, vəziyyətin tənzimlənməsinə imkan yaratsın. Qızışdırmağı, alışdırmağı, uzaqlaşdırmağı artıq hamı öyrənib. Barışdırmağı, yardım etməyi, bərpa etməyi, birləşdirməyi hamı bacarmır. Bax buna çalışmaq lazımdır", - o deyib.

Zaxarova qeyd edib ki, Rusiyanın vasitəçiliyi ilə hazırlanmış üç sənəddə sülh şansı olub.

"Madam ki, hamı razılığa gəlib və madam ki, 2020-ci ildən sonra bu sənədlərin aktuallığını və tarixi rolunu dəfələrlə təkrar təsdiq ediblər, onları sadəcə icra etmək lazımdır", - deyə o, əlavə edib.

Qeyd edək ki, bundan əvvəl Paşinyan vəziyyətin tənzimlənməsinə dair bütün bəyanatların "əsassız" olduğunu bildirərək, bununla da faktiki olaraq Azərbaycanla danışıqlar prosesindən çıxdığını bəyan edib.

Bundan başqa, guya "Dağlıq Qarabağ" adı altında ərazi vahidinin mövcud olduğunu xatırlatmaqla Paşinyan, Azərbaycanın ərazi bütövlüyünü tanıdığına dair özünün bütün bəyanatlarını heçə sayıb.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti