...

BQXK-nin Xankəndinə aparılan yardımı Laçın postunda belə yoxlanıldı (FOTO/VİDEO)

Siyasət Materials 18 Sentyabr 2023 09:02 (UTC +04:00)
BQXK-nin Xankəndinə aparılan yardımı Laçın postunda belə yoxlanıldı (FOTO/VİDEO)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus yük maşınları Ağdam-Xankəndi yolu ilə paralel, "Laçın" sərhəd-buraxılış məntəqəsindən maneəsiz keçid etdi.

Trend xəbər verir ki, yük maşınları "Laçın" sərhəd-buraxılış məntəqəsindən keçən yük maşınlarında yoxlama aparıldıqdan sonra onların sərbəst keçidi təmin edilib.

Qeyd edək ki, Qarabağdakı separatçılar nəhayət, Azərbaycanın şərtlərinə tabe olub, Laçın yolunun və Ağdam-Xankəndi yolunun eyni vaxtda açılmasına razılaşıblar.

Separatçıların liderləri Beynəlxalq Qızıl Xaç Komitəsinin Xankəndi ofisinin və Rusiya sülhməramlılarının komandanlığının BQXK-nın maşınları ilə Laçın yolu və Ağdam-Xankəndi yolu ilə eyni vaxtda ərzaq daşınmasına dair birgə təklifini qəbul etmək qərarına gəliblər.

Əslində, sentyabrın 1-dən bu marşrutların eyni vaxtda açılması ilə bağlı razılaşma var idi. Separatçılar bunu məqsədəuyğun olaraq iki həftədən çox ləngitdilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti