Bakı. Trend:
Azərbaycan yalnız deyil. Ermənistan odla oynamamalıdır.
Trend xəbər verir ki, bu barədə Milliyətçi Hərəkat Partiyasının sədri Dövlət Bağçalı deyib.
O bildirib ki, Ermənistan BMT qərarlarını pozur. Ağlını başına toplasın. Qarabağ Azərbaycanın ayrılmaz bir torpağıdırAzərbaycan lazım olanı etdi.
"Bu mövzuda Avropa Birliyinə söz demək düşmür. Türkiyənin Azərbaycanın ərazi bütövlüyünü və suveren hüquqlarını təhdid edən qeyri-qanuni rəftar və müdaxilələrə qarşı müqaviməti iki dövlətin, bir millətin şərəfinin tələbidir. Azərbaycan tək deyil", - deyə partiya sədri əlavə edib.
Qeyd edək ki, üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.