...

Separatçıların gecikən istəyi - Qanunsuz rejim Bakı ilə danışıqlar aparmaq istəyir

Siyasət Materials 19 Sentyabr 2023 17:52 (UTC +04:00)
Separatçıların gecikən istəyi - Qanunsuz rejim Bakı ilə danışıqlar aparmaq istəyir
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Qarabağdakı seperatçı rejim rəsmi Bakı ilə danışıqlar aparmaq istəyir.

Trend xəbər verir ki, Azərbaycan daha öncə Qarabağın erməni əhalisinə dəfələrlə danışıqlar, dialoq təklif edib.

Sonuncu olaraq Yevlaxda Bakının mərkəzi hökumətinin nümayəndələri ilə Azərbaycanın Qarabağ bölgəsində sıx məskunlaşan erməni etnik azlığın nümayəndələri arasında görüşün təşkil ediləcəkdi. Lakin qarşı tərəf son anda bundan imtina etdi.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası martın 1-də Xocalı şəhərində keçirilmiş görüşün və martın 13-də təqdim edilmiş dəvətin davamı olaraq Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini reinteqrasiya, həmçinin Qarabağda infrastruktur layihələrinin icrası məsələlərinin müzakirəsi məqsədilə aprel ayının birinci həftəsi Bakı şəhərində görüşün keçirilməsini bir daha təklif edib. Lakin qarşı tərəf bu təkliflərdən imtina etmişdi.

Hazırkı vəziyyətdə rəsmi Bakı Qarabağdakı qanunsuz erməni silahlı birləşmələri tərkisilah olub, bölgəni tərk edənə, separatçı rejim buraxılana qədər antiterror tədbirlərini davam etdirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti