...

Qarabağdakı qanunsuz silahlı birləşmələrin təslim olmaqdan başqa çıxış yolu yox idi - Rufiz Hafizoğlu "Sky News Arabia" və RT telekanallarına müsahibə verib (FOTO/VİDEO)

Siyasət Materials 21 Sentyabr 2023 09:18 (UTC +04:00)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Qarabağdakı qanunsuz silahlı birləşmələrin təslim olmaqdan başqa çıxış yolu yox idi.

Trend-in məlumatına görə, bunu Trend BİA-nın baş direktorunun müavini Rufiz Hafizoğlu "Sky News Arabia" və Rusiyanın ərəb dilində yayımlanan RT telekanalına müsahibəsi zamanı deyib.

O bildirib ki, Azərbaycan antiterror tədbirlərini dayandırması üçün öz şərtlərini açıqlamışdı.

"Nə Ermənistan ordusu, nə də Qarabağdakı qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan ordusuna qarşı mübarizə aparmaq iqtidarında deyil. Azərbaycan keçirdiyi lokal antiterror tədbirləri nəticəsində terrorçuları silahı yerə qoymağa məcbur etdi”, - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti