...

Azərbaycan öz ərazi bütövlüyünü təmin etməyə borclu idi - Türkiyənin BMT-dəki nümayəndəsi

Siyasət Materials 22 Sentyabr 2023 01:38 (UTC +04:00)
Azərbaycan öz ərazi bütövlüyünü təmin etməyə borclu idi - Türkiyənin BMT-dəki nümayəndəsi
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan öz ərazi bütövlüyünü təmin etməyə borclu idi.

Trend-in məlumatına görə, bu barədə BMT Təhlükəsizlik Şurasının iclası zamanı Türkiyənin BMT-dəki nümayəndəsi Burak Akçapar deyib.

"Biz Azərbaycanın təşəbbüsü ilə Ermənistanla sülh prosesini dəstəkləməyə davam edirik. Hərtərəfli sülh müqaviləsinin imzalanması bu proses üçün çox vacibdir", - deyə o bildirib.

B.Akçapar qeyd edib ki, lakin son üç ildə Ermənistan tərəfi Üçtərəfli Bəyanatına əməl edilməsində tam səy göstərməyib. Xankəndindəki qeyri-legitim struktur mövcud olmaqda davam etdi, separatçılar silahlı hücumlar həyata keçirməyə davam etdilər. Bu sülh yolu deyil.

"Davamlı hücumlardan sonra Azərbaycanın öz təhlükəsizliyini və sabitliyini təmin etmək üçün tədbirlər görməkdən başqa çıxış yolu qalmadı. Bununla bağlı Azərbaycan Qarabağda qanunsuz erməni silahlı birləşmələrinə qarşı antiterror tədbirlərinə başlayıb. Təbii ki, bu, təkcə Azərbaycanın suveren hüququ deyil, həm də öz vətəndaşlarını qorumaq vəzifəsi idi", - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti