Bakı. Trend:
Türkiyədə baş verən zəlzələdən sonra ilk olaraq Azərbaycan yardım göndərdi.
Trend xəbər verir ki, bu barədə Mənzil İnşaatı Dövlət Agentliyinin Aparat rəhbəri Fərman Qurbanlı “Məskunlaşma günü” ilə bağlı forumda çıxışı zamanı deyib.
O bildirib ki, zəlzələnin baş verdiyi ərazi olan Kahramanmaraşın mərkəzində “Azərbaycan məhəlləsi” adlı layihə olacaq.
“Bu məhəllənin yerləşdiyi ərazi seysmik cəhətdən çox kritikdir. İlk olaraq həmin ərazinin seysmik aktivliyi nəzərdən keçilib. Bunun nəticəsində tikintidə istifadə ediləcək materiallar müəyyənləşdirilib. “Azərbaycan məhəlləsi”nin tikintisi post-zəlzələ dövründə yenidənqurma sahəsində edilən əməkdaşlığın bariz nümunəsidir.
Zəlzələdən sonra Azərbaycan tərəfindən Kahramanmaraşda çadırlar, xəstəxanalar quruldu. Azərbaycan zəlzələdən sonra da Türkiyəyə dəstəyini davam etdirdi.
Azərbaycan Kahramanmaraşda 1000 mənzildən ibarət bir layihəyə başladı və bu layihənin icrası davam edir. Azərbaycana bu yardımlarına görə çox təşəkkür edirəm”,- deyə o, əlavə edib.