...

ABŞ Dövlət Departamenti ermənilərin Qarabağdan köçürülməsini “etnik təmizləmə” adlandırmaqdan İMTİNA ETDİ

Siyasət Materials 2 Oktyabr 2023 21:52 (UTC +04:00)
ABŞ Dövlət Departamenti ermənilərin Qarabağdan köçürülməsini “etnik təmizləmə” adlandırmaqdan İMTİNA ETDİ
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin Dövlət Departamenti Ermənistanın Qarabağda “etnik təmizləmə”nin olmasına dair iddialarını təsdiqləməyib.

Trend xəbər verir ki, ABŞ Dövlət Departamenti sübut olana qədər ermənilərin Qarabağdan köçürülməsini “etnik təmizləmə” adlandırmaqdan imtina edib.

Bu gün brifinq zamanı ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller Birləşmiş Ştatların "etnik təmizləmə" və "soyqırım" ittihamlarını ciddi qəbul etdiyini bildirib. ""Soyqırımı" və ya "etnik təmizləmə" ilə bağlı qərar düşünülmüş, sübuta əsaslanan prosesə söykənir. Mən bu kürsüdən bu barədə heç bir yekun danışa bilmərəm", - deyə o bildirib.

Miller onu da qeyd edib ki, ABŞ Azərbaycan və Ermənistanı qalan məsələləri müzakirə etmək və yekunda qərara gəlmək üçün sülh danışıqlarına qayıtmağa çağırır.

Qarabağdakı vəziyyətdən danışan M.Miller qeyd edib ki, ABŞ BMT missiyasının regiona səfərini alqışlayır.

O qeyd edib ki, Azərbaycan Qarabağın erməni sakinlərinin hüquqlarının qorunacağına zəmanət verir.

Xatırladaq ki, BMT missiyası oktyabrın 1-də Qarabağa səfər edib. Missiyanın məqsədi yerdə vəziyyətlə tanış olmaq, sakinlərin humanitar ehtiyaclarını müəyyənləşdirməkdir.

BMT missiyası bu gün yaydığı bəyanatda ermənilərin Qarabağda qondarma “etnik təmizləmə” iddialarını təkzib edib.

"BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreevanın rəhbərlik etdiyi BMT missiyası oktyabrın 1-i Azərbaycanın Qarabağ bölgəsinə səfər edib. Ağdamdan yola düşən missiya Xankəndi şəhərində olub, burada yerli əhali ilə görüşüb, səhiyyə və təhsil sahələrindəki vəziyyətlə tanış olub. Səfər edilən ərazilərdə missiya mülki ictimai infrastruktura, o cümlədən xəstəxanalar, məktəblər və yaşayış binalarına, habelə mədəni və dini obyektlərə heç bir ziyan vurulmadığını aşkar edib. Missiya Azərbaycan Respublikası hökumətinin şəhərdə tibbi xidmətlərin və bəzi ictimai xidmətlərin bərpasına hazırlaşır", - deyə bəyanatda qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti