Bakı. Trend:
Bu gün İstanbulda Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində xarici işlər nazirlərinin müavinləri səviyyəsində çoxtərəfli siyasi məsləhətləşmələr keçiriləcək.
Trend xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məsləhətləşmələr zamanı Qazaxıstanın ev sahibliyi edəcəyi 10-cu TDT Sammitinə hazırlıq, TDT-nin gündəliyindəki əməkdaşlıq məsələləri, TDT-nin gücləndirilməsi ilə bağlı məsələlər, Türk Dünyası ilə bağlı aktual regional və beynəlxalq problemlər ətrafında fikir mübadiləsi aparılacaq.