...

Qarabağda döyüş texnikası və silah-sursatın müsadirəsi barədə tapşırıq verildi

Siyasət Materials 9 Oktyabr 2023 16:19 (UTC +04:00)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Qarabağ bölgəsində döyüş texnikası, silah-sursat, xüsusilə mina və əldəqayırma partladıcı vasitələrin müsadirə edilməsi, o cümlədən, ərazilərin minalardan təmizlənməsi zamanı təhlükəsizlik qaydalarına ciddi əməl olunmasına dair tapşırıqlar verilib.

Trend xəbər verir ki, bu barədə tapşırığı Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov bu gün keçirilən xidməti müşavirədə verib.

General-polkovnik Z.Həsənov hərbi hissələrdə şəxsi heyətin mənəvi-psixoloji hazırlığının yüksəldilməsi və hərbi intizamın möhkəmləndirilməsi ilə bağlı vəzifəli şəxslərə aidiyyəti üzrə göstərişlər verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti