...

Zakir Həsənov Özbəkistanda rəsmi səfərdədir

Siyasət Materials 19 Oktyabr 2023 09:00 (UTC +04:00)
Zakir Həsənov Özbəkistanda rəsmi səfərdədir
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Özbəkistan Respublikasının müdafiə naziri general-leytenant Baxodir Kurbanovun dəvəti ilə bu ölkəyə rəsmi səfər edib.

Müdafiə Nazirliyindən Trend-ə verilən xəbərə görə, səfər çərçivəsində keçiriləcək görüşdə ölkələrimiz arasında hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlərin müzakirəsi planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti