Bakı. Trend:
Martinikada məscid var. Bu, müsəlmanlar üçün nəzərdə tutulub.
Trend xəbər verir ki,bu barədə Martinikanın azadlığı partiyasının nümayəndəsi Luk Karole mətbuat konfransı zamanı deyib.
O qeyd edib ki, lakin o məscid 25 ilə inşa olundu.
“Onlar məscidin tikintisinə mane olurdular. Burada da ikiüzlülük görürürük. Dedikləri və etdikləri fərqlidir”,- deyə o əlavə edib.
Qeyd edək ki, sabah Bakıda Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Neokolonizalizm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” adlı beynəlxalq konfrans keçiriləcək.
Bakı Təşəbbüs Qrupu (BTQ) Azərbaycan Respublikasının sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində 6 iyul 2023-cü ildə Bakıda “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” adlı konfransın iştirakçıları tərəfindən yaradılıb.
BTQ XXI əsrdə hələ də müstəmləkəçilikdən əziyyət çəkən dünyanın müxtəlif bölgələrində yerləşən xalqların azadlıq uğrunda apardıqları mübarizəyə dəstək verir.