...

Sülhməramlılar Qarabağdan GERİ ÇƏKİLİR

Siyasət Materials 25 Oktyabr 2023 00:39 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

2023-cü il sentyabrın 19-da başlayan və 23 saat 43 dəqiqə davam edən lokal antiterror tədbirlərindən sonra Əsgəran, Ağdərə, Xocavənd və Şuşa rayonlarında Rusiya sülhməramlı kontingentinin 8 müşahidə məntəqəsi və 16 müvəqqəti müşahidə postu bağlanıb.

Trend xəbər verir ki, bu barədə Rusiya Federasiyası Müdafiə Nazirliyin günlük bülletenində deyilir.

Bunun əvəzində yollarda hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə 6 post quraşdırılıb. Onlardan 2-i Azərbaycan tərəfi ilə birgə fəaliyyət göstərir.

Qeyd edək ki, Rusiya MN-nin 17 oktyabr tarixli bülletenində Qarabağda 13 postun quraşdırıldığı qeyd edilmişdi. Onlardan 8-i Azərbaycan tərəfi ilə birgə fəaliyyət göstərirdi.

Xəbər lenti

Xəbər lenti