Bakı. Trend:
Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin komandanlığı nəticəsində Şanlı Ordumuz torpaqlarımızı erməni işğalçılarından və terrorçularından azad etdi.
Bunu Trend-ə açıqlamasında hərbi ekspert Azər Bayramov deyib.
O qeyd edib ki, bu, bir yuxu kimi gəlsə də, artıq reallıqdır.
"ABŞ, Avropa İttifaqı, Fransa və s. 30 illik işğal dövründə olduğu kimi, bu mərhələdə də vəziyyətin qeyri-müəyyən qalmasında maraqlı olmuş, bu məqsədlə ATƏT-in Minsk qrupunun bərpasına cəhdlər göstərilmiş, yenidən uzun-uzadı danışıqlar prosesinə start verilmişdi. Lakin bunlar Azərbaycana qarşı təzyiq cəhdindən başqa bir şey deyildi. Bütün bunlara baxmayaraq, Azərbaycan ərazi suverenliyini bərpa etdi", - deyə o, qeyd edib.
Geniş videomüsahibəni təqdim edirik: