...

Ermənistanın “hami”lərinin Azərbaycana hücumlarının səbəbi nədir?

Siyasət Analytics 13 Noyabr 2023 11:32 (UTC +04:00)
Elçin Alıoğlu
Elçin Alıoğlu
Bütün xəbərlər

Qərbin bir sıra dövlətlərinin, təşkilatlarının, siyasətçilərinin və media strukturlarının Azərbaycana qarşı qərəzli, subyekti və əksər hallarda aqressiv mövqe tutması səbəbsiz deyil. Həmin səbəblər indi, yaxud ötən il yox - onilliklər əvvəl formalaşıb.

Cənubi Qafqazda indi yaşanan proseslərin kökləri çox dərinlərdə, 1914-cü ildən sonrakı dövrdədir.

Birinci Dünya Müharibəsi başa çatandan sonra Osmanlı İmperiyası ərazilərinin çoxunu itirmiş, Türkiyə ümumiyyətlə, məhv olmaq təhlükəsi ilə üzləşmişdi. Həmin dönəmdə Qərb ölkələri Türkiyəni parçalamaq və dənizlərə çıxışlardan ümumiyyətlə, məhrum etmək üçün 4 anlaşma hazırlamışdılar. Anlaşmalardan birinə görə, Türkiyənin ştmal-şərq əraziləri İranla sərhəddən Trabzonadək Ermənistana verilirdi. Lakin çağdaş Türkiyə Cumhuriyyətinin banisi Mustafa Kamal Atatürkün titanik zəhməti və fenomenal siyasəti nəticəsində bu, baş tutmadı.

Daha sonra bolşeviklər Azərbaycan Cumhuriyyətini işğal etdilər, Zəngəzuru ermənilərə verdilər, Qarabağda isə "Dağlıq Qarabağ Muxtar Vilayəti" yaratdılar.

Azərbaycan ərazisində erməni separatizminin əsası məhz həmin qərarla qoyulmuşdu.

Ermənistanın ərəzilərimizin 20 faizini işğal etməsindən sonra isə Qərb ölkələrinin İrəvana dəstəyi və yardımları daha da artdı.

Kollektiv Qərb, xüsusilə də Fransa ötən 30 il ərzində bütün vasitələrə əl ataraq Ermənistanın maraqlarını qorumağa, İrəvanın mənafelərini reallaşdırmağa çalışdı.

Bütün bunların nəticəsində ermənilərdə yanlış ideologiya formalaşdı və ərazi iddiaları ilə saxta tarixi "fakt"ların yer aldığı ideologemlər toplusu Ermənistanın dövlət siyasətini müəyyənləşdirməyə başladı.

Proses 2020-ci ilin sentyabrın 27-dək davam etdi. İrəvandak eyforiya və geosiyasi reallıqları görməmək bəlası o həddə çatmışdı ki, Ermənistanınn baş naziri Nikol Paşinyan Şuşada, Cıdır düzündə sərxoş vəziyyətdə rəqs etdi, "Qarabağ Ermənistandır və nöqtə!" söyləyərək həmin günədək cərəyan etmiş danışıqlar prosesinə, ilkin razılaşmalar son qoydu.

Daha sonra Ermənistanın müdafiə naziri "Azərbaycan müharibəyə cəsarət etməz: yeni müharibə Ermənistan üçün yeni ərazilər deməkdir!" söyləyərək ölkəmizi və xalqımızı aşağılamaqla yanaşı, təhdid etməyə çalışdı.

Rəsmi Bakının səbri məhz o zaman tükəndi.

44 günlük İkinci Qarabağ Müharibəsi başladı və Ermənistanın tam kapitulyasiyası ilə bitdi. Eyni zamanda, həmin savaqş Cənubi Qafqazdakı geosiyasi reallıqları kökündən dəyihərək ölkəmizi bölgənin liderinə çevrildi.

Azərbaycan bölgədəki siyasi proseslərdə subyekt rolu ilə vidalaşdı, həmin prosesləri müəyyənləşdirən obyekt oldu.

Xankəndindəki artıq separatçı rejim yox ediləndən sonra bölgədə formalaşmağa başlayan yeni siyasi konstruksiyalar vəziyyəti dəyişməklə yanaşı, Bakıya qarşı təzyiqlərin artmasına səbəb olub.

Onillər boyu İrəvan üçün Bakıya sər təzyiq aləti rolunu oynamış qarabağlı ermənilərin separatçı rejimi özünü məhv edəndən sonra həmin rol İrəvanın özünə tapşırılıb.

İrəvan indi Fransanın liderlik etdiyi bir qrup ölkənin regiondakı marionetinə çevrilməklə yanaşı, Azərbaycana qarşı daha aqressiv mövqe tutmağa sürüklənir.

İki dəfə məğlubiyyət anlaşması imzalayan - ilk dəfə bilavasitə özü, ikinci dəfə vasitə kimi istifadə etdiyi separatçı rejim - İrəvan məruz qaldığı ağər zərbələrə və itkilərə rəğmən, yenə də əvvəlki ritorikasını bərpa etməyə çalışaraq Bakıya qarşı yeni iddialar səsləndirir.

Şərti dövlət sərhədinin demarkasiyası və delimitasiyası, yekun sülh sazişinin imzalanması, Zəngəzur dəhlizi layihəsinin reallaşması, hələ də işğal altında olan 8 kəndimizin azad edilməsi kimi məsələlərin müzakirə prosesində Ermənistanın baş naziri Nikol Paşinyan mövqelərində sürəkli dəyişikliklər edir.

O, son həftələrdə çıxışlarında sürəkli olaraq “qarabağlı ermənilərə qarşı etnik təmizləmə” ifadəsindən də yararlanır. Şübhə yoxdur ki, Paşinyanla komandasının davranışlarındakı dəyişikliklərin arxasında Paris və kollektiv Qərbin bölgəmizdə ekspansionist siyasəti davam etdirmək istəyən təmsilçiləri durur.

Azərbaycana qarşı diplomatik müstəvidə aparılan «savaş»ın da səbəbi budur.

Ermənistanın və dünyanın müxtəlif ölkələrindəki erməni diasporlarının ekspansionizmə əsaslanan ideologiyaları bütünlüklə Azərbaycana qarşı yönəlib.

Ermənilərin “müstəsna etnos” olmaları və ərazi iddiaları ilə bağlı idefikslərə saslanan siyasət yoxa çıxmayıb, mövcuddur. Azərbaycana qarşı hərbi və siyasi təsir imkanlarını bütünlüklə itirən Ermənistanın siyasi elitaları diplomatiyada təxribata, inadkar ritorikaya və Bakı ilə istənilən mövzuda danışıqları uzatmağa keçiblər.

İrəvanın belə davranışı Fransanı və kollektiv Qərbdəki bir neçə dövləti tam təmin edir, çünki onlar Bakıya birbaşa, effektiv sayıla biləcək təzyiq imkanlarına malik olmadıqlarından ermənilərdən ucuz alət qisminldə istifadə edirlər.

Məhz bu səbəbdən Qərb Ermənistanı fəal dəstəkləyir, Paşinyanın idarə etdiyi ölkəni “azad, demokratik, Qərbə meylli dövlət” adlandıraraq təqdim edir.

Nikol Paşinyanın və komandasının guya “Ermənistanın bölgədə sülhlə əmin-amanlığa can atdığı”nı, Azərbaycanın isə “Ermənistanın ərazi bütövlüyü və sərhəd toxunulmazlığına təhdidlər yaratdığı” ilə bağlı narrativlərini ən müxtəlif beynəlxalq təşkilatlarda məhz Qərb dəstəkləyir.

Əraziminzdə erməni separatizminə son qoyandan sonra beləcə, həmin separatizmi dəstəkləyən, idarə edən qüvvələrlə üzləşmişik və həmin qüvvələr indi Bakı üzərinə fasiləsiz hücum cəhdləri edirlər.

Ermənistanr da bu hamilərinə güvənərək sülh və stabillikdən fasiləsiz danışsa da, revanşizm ruhlu siyasətini davam etdirir, Azərbaycana ünvanlanmış yeni iddialar səsləndirir.

Təəccüblü heç nə yoxdur. Demokratiya, azadlıq, bəşəri dəyərlər kontekstindəki bütün məqamlara sahibləndiyini düşünən Qərb “qızıl milyard”dan kənari qalan bütün insanları “tam yetkin olmayan fərdlər” hesab edir. Siyasi, mental, mənəvi və ideoloji baxımdan belədir.

Qərbin tolerantlıqdan çox uzaq, müsəlmanları, miqrantları, ümumiyyətlə -Qərb insanı olmayan bütün Yer sakinlərini mədəniyyətsiz və qeyri-sivil hesab edən strategiyası “Qərbə meylli” dövlətlərlə xalqlara kiçik güzəştləri ehtiva edir. Təbii ki, Qərbin kiçik də olsa, diqqətinə layiq olmaq istəyən dövlətlər, xalqlar və etnoslar onlara deyilənləri tam yerinə yetirməli, bütün şərtləri reallaşdırmalıdır.

Qərb üçün rahat, əlverişli ideoloji sxemdir.

Sadəcə, Azərbaycan bu sxemi pozur.

Məhz Azərbaycan bölgəmizdə Qərbin ekspansionist planlarını darmadağın etdi və lider mövqe tutdu. Özü də elə gücləndi ki, Orta Asiya, Yaxın Şərq və Şərqi Avropa ölkələri Azərbaycanla daha intensiv, genişmiqyaslı əlaqələr qurmağa başladılar.

Eyni zamanda Azərbaycan, Sakit Okeandan Atlantik Okeanınadık geniş arealda intibahına başlamış türk dövlətləri və xalqları üçün inkişaf şansı olan tərəfdaşlıq müstəvisində xüsusi, hətta əlahiddə yer tutur.

Qərb sivilizasiyasındakı uğurları və üstünlükləri tədricən əxz edən Azərbaycan iqtisadiyyatını, ordusunu, cəmiyyətini gücləndirir, müstəqil güc mərkəzinə çevrilir.

Fransa, İspaniya, Kanada, Belçika, Hollandiya, Çexiya və s. ölkələrin Azərbaycana qarşı çox yanlış mövqe tutmaları, münasibətləri birtərəfli qaydada sərinləşdirmələri Qərbin yeni situasiyanı anlaya bilməməsi nəticəsində yaranmış qıcığıdır.

Planlarının alt-üst olduğunu, Azərbaycana təzyiq göstərə bilmədiyini görən Qərb bölgədə yeni müharibəyə nail olmağa çalışır.

Bu isə Qərbin faciəli və hətta fəlakətli səhvidir.

Xəbər lenti

Xəbər lenti