...

ATƏT PA-nın bəyanatında Qarabağın Azərbaycan ərazisi olduğu təsdiqlənib

Siyasət Materials 14 Noyabr 2023 21:37 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ATƏT Parlament Assambleyasının (PA) Prezidenti Pia Kauma və Cənubi Qafqaz üzrə Xüsusi Nümayəndə Kari Henriksen Azərbaycanın Ermənistanla sülh sazişinin yekunlaşdırılması istiqamətindəki səylərini davam etdirməyə sadiqliyini alqışlayıb.

Trend xəbər verir ki, bu barədə ATƏT PA-nın bəyanatında bildirilib.

“Azərbaycana bu gün başa çatan səfəri çərçivəsində ATƏT PA prezidenti Pia Kauma (Finlandiya) və Cənubi Qafqaz üzrə xüsusi nümayəndə Kari Henriksen (Norveç) ölkənin siyasi liderliyi ilə sentyabrda Azərbaycan öz Qarabağ regionu üzərində nəzarəti bərpa etməsindən sonra Ermənistanla tam nizamlamaya nail olunmasına ehtiyac müzakirə edilib. Sülh sazişi və əlaqələrin normallaşmasının irəliyə aparılması üçün konstruktiv iştirak vacibdir", - bəyanatda qeyd edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti