...

ABŞ öz daxilindəki problemlərlə bağlı dinləmə keçirsəydi, daha faydalı olardı - Deputat

Siyasət Materials 18 Noyabr 2023 10:34 (UTC +04:00)
ABŞ öz daxilindəki problemlərlə bağlı dinləmə keçirsəydi, daha faydalı olardı - Deputat
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Konqresinin Nümayəndələr Palatasında Qarabağ mövzusunda keçirilmiş dinləmələr və burada səsləndirilmiş fikirlər göstərir ki, ABŞ da Fransa kimi, güclü, suveren və qüdrətli Azərbaycanı qəbul edə bilmir.

Bunu Trend-ə Milli Məclisin deputatı Cavid Osmanov deyib.

O qeyd edib ki, dinləmələrin keçirilməsinə ən çox dəstək verən ABŞ-dəki erməni lobbisi olub.

“Tədbirin təşkilatçısı, Konqresin Avropa məsələləri üzrə alt komitəsinin sədri Tomas Kinin bundan əvvəl Ermənistanın ABŞ-dəki səfiri Lilit Makuns ilə görüşməsi bunu əyani sübutudur və bu tədbirin erməni lobbisinin təsiri altında məqsədyönlü şəkildə təşkil edildiyini bir daha sübut edir.

ABŞ öz daxilində günbəgün artan problemlərlə bağlı bir dinləmə keçirsə idi, daha yaxşı olardı. Misal üçün, ABŞ konqresi ölkə daxilindəki irqi ayrı-seçkilik, polis zorakılığı, kriminal hadisələrin baş alıb getməsi, eyni zamanda, ABŞ-nin günbəgün artan dövlət borcları və s. kimi problemləri ilə məşğul olsaydı, ABŞ xalqı üçün daha faydalı olardı”, - deyə deputat əlavə edib.

O qeyd edib ki, ABŞ anlamalıdır ki, Azərbaycan müstəqil dövlətdir.

“Hər kəs bilməlidir ki, Azərbaycanın nə ABŞ, nə də onun konqresi qarşısında öhdəliyi var. Azərbaycan müstəqil siyasət yürüdür, ölkəmiz müstəqil iqtisadiyyatını qurub, güclü dövlətə çevrilib. Hər hansı qüvvələr Azərbaycana qarşı qərəzli fikirlər səsləndirməklə, qərəzli bəyanatlar qəbul etməklə ölkəmizə təzyiq göstərəcəyini fikirləşirsə, düşünürəm ki, bu çox yanlış ideyadır və mütləq şəkildə iflasa uğramalıdır”, - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti