...

İrakli Qaribaşvili Azərbaycana səfərə gəlib (YENİLƏNİB)

Siyasət Materials 24 Noyabr 2023 11:12 (UTC +04:00)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili noyabrın 24-də Azərbaycan Respublikasına işgüzar səfərə gəlib.

Trend xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Baş nazir İrakli Qaribaşvilini hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər qarşıladılar.

xxx

10:34

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Bakıya səfərə gəlir.

Trend xəbər verir ki, bu barədə məlumatı Baş nazirin mətbuat xidməti yayıb.

Xəbər lenti

Xəbər lenti