...

Azərbaycan beynəlxalq əməkdaşlığa mühüm töhfə verir – Deputat

Siyasət Materials 27 Noyabr 2023 12:02 (UTC +04:00)
Azərbaycan beynəlxalq əməkdaşlığa mühüm töhfə verir – Deputat
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının ilk Zirvə görüşünün keçirilməsi təşəbbüsünü irəli sürməklə və bu görüşə yüksək səviyyədə ev sahibliyi etməklə beynəlxalq əməkdaşlığın inkişfına mühüm töhfə vermiş olur.

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

O qeyd edib ki, Azərbaycan hər zaman mühüm beynəlxalq təşəbbüslərlə çıxır edir və bu təşəbbüslər beynəlxalq ictimaiyyət tərəfindən böyük dəstək qazanır.

“Azərbaycanın bu təşəbbüsü də müasir çağırışların tələbinə uyğun, yerində və zamanında irəli sürülmüş təşəbbüsdür. Bu gün SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçıların belə bir görüş keçirməsinə zərurət var idi.

Məlum olduğu kimi, BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) 25-ci ildönümüdür. 25 illə müqayisədə çox böyük dəyişiliklər baş verib. 25 il bundan əvvəl SPECA-nın iştirakçı ölkələri müstəqilliklərini yeni qazanmışdılar, qarşıda müstəqilliyin möhkəmləndirilməsi, iqtisadiyyatın gücləndirilməsi, siyasi sabitliyin təmin edilməsi kimi bır sıra mühüm çağırışlar dayanırdı, beynəlxalq əməkdaşlıq bir növ arxa plana keçmişdi.

Elə Azərbaycan özü də bu çaırışlarla üz-üzə idi, erməni işğalına məruz qalmışdı, ərazilərimizin 20 faizinin işal edilməsi, bir milyondan çox insanımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi və onların sosial-məişət problemlərinin həlli ölkəmiz qarşısında mühüm vəzifə kimi dayanırdı. Lakin Azərbaycan bu cağırışların öhdəsindən gəlməyi bacardı, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən düşünülmüş və uzqgörən siyasət nəticəsində qeyd olunan bütün çağırışlar öz həllini tapdı.

44 günlük Vətən müharibəsi və 19-20 sentyabr antiterror tədbirləri nəticəsində Azərbaycan öz suveren ərazilərini tam bərpa etdi, ölkə ərazisində separatçılığıa son qoydu. Bu gün Azərbaycan güclü iqtisadiyyata malik, siyasi sabitliyin mövcud olduğu bir ölkədir. Eyni zamanda SPECA-nın digər ölkələri də böyük inkişaf yolu keçib. Yəni vəziyyət 25 il öncəkindən tamamilə fərqlidir və yeni reallıqlar yaranıb. Bu baxımdan yeni əməkdaşlıq formatlarına ehtiyac var idi və Azərbaycan bu prizmadan çıxış edərək çox doğru təşəbbüs irəli sürdü”, - deyə deputat bldirib.

O qeyd edib ki, bu görüş daha geniş əməkdaşlığa yol açacaq.

“Zirvə görüşündə iştiakçı ölkələrdən başqa digər ölkələrin hökumət başçıları da iştirek edirdi. Prezident İlham Əliyevin dəvəti ilə Zirvə görüşündə Gürcüstanın və Macarıstanın Baş nazirləri, Körfəz Əməkdaşlıq Şurasının Baş katibi fəxri qonaqlar qismində iştirak edirlər. Hesab edirəm ki, yeni tərkibdə keçirilən Zirvə görüşü daha geniş iqtisadi əməkdaşlıq formatına yol açacaq. Azərbaycan isə özünün geniş nəqliyyat-kommunikasiya infrastrukturu, iqtisadi potensialı və geniş tranzit imkanları ilə bu ölkələr arasında əməkdaşlığın inkişafı üçün geniş imkanlar təqdim edir ki, bu da ölkəmizə həm iqtisadi, həm də siyasi baxımdan böyük dividentlər gətirmiş olacaq”, - deyə deputat əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti