Bakı.Trend:
Üçtərəfli görüşlər ənənəyə çevrilib, belə görüşlər regionda sülhə töhfə verilməsi baxımından əhəmiyyətlidir.
Trend xəbər verir ki, bunu Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov Bakıda Türkiyənin milli müdafiə naziri Yaşar Gülər və Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze ilə görüşündə deyib.
O bildirib ki, dövlət başçılarının ənənəvi görüşlərini nəzərə alaraq, müdafiə sahəsində əməkdaşlığın inkişaf etdirilməsi də bizim vəzifəmizdir. Hər birinizi salamlayıram. Bu görüşün bu il Bakıda keçirilməsindən şadam. Sizə təşəkkür edirəm", - nazir vurğulayıb.
Qeyd edək ki, bu gün Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə müdafiə nazirlərinin 10-cu üçtərəfli görüşü keçirilib. Görüşdə birgə hərbi əməkdaşlığın inkişaf perspektivləri və regional təhlükəsizliyə töhfə verəcək bir sıra məsələlər müzakirə edilib.