Bakı. Trend:
Bizim ulu babalarımız Azərbaycan ərazisində yaşayıblar. Sonradan
onlar dünyanın müxtəlif ərazilərinə yayılıblar. Azərbaycan bizim
ana vətənimizdir.
Trend xəbər verir ki, bunu Qızılbaş Qlobal İrsi Təşkilatının İdarə
Heyətinin üzvü, Pakistanın keçmiş federal katibi Ağa Sərvər Rza
noyabrın 29-da Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində
Azərbaycan Qızılbaş diasporunun 20-yə yaxın nüfuzlu nümayəndəsinin
iştirakı ilə keçirilən mətbuat konfransında bildirib.
O qeyd edib ki, Azərbaycan dünyanın müxtəlif ölkələrində yaşayan
qızılbaşların bir araya gətirilməsi üçün böyük işlər görür.
“Dünyanın müxtəlif ölkələrində yaşayan Qızılbaşları bir araya gətirdiyinə görə Azərbaycana təşəkkür edən hər bir təşkilatın bir platforması olmalıdır. Azərbaycan da bu platformanın yaradılmasını təmin etdi. Bu bizə imkan verəcək ki, üzvlərimizi bu təşkilata daha çox cəlb edək", - deyə o, qeyd edib.
Qeyd edək ki, noyabrın 27-29-da Bakıda Ulu Öndər Heydər Əliyevin
100 illiyi çərçivəsində “Azərbaycanda qızılbaş irsi: tarixin izi
ilə” mövzusunda beynəlxalq konfrans öz keçirilib.
Konfransda “Qızılbaş” Qlobal İrs Şurasının Pakistan, Türkiyə, ABŞ,
Kanada, Birləşmiş Krallıq, Sinqapur və Əfqanıstan üzrə
təmsilçiləri, Milli Məclisin deputatları, Qızılbaş irsinin
Azərbaycan və Türkiyədən olan tədqiqatçıları, müxtəlif dövlət
qurumlarının, qeyri-hökumət təşkilatlarının və beynəlxalq
təşkilatların nümayəndələri iştirak ediblər.