Bakı. Trend:
"Baku Network" ekspert platformasında "Tofiq Abbasovla dialoq" analitik videolayihəsinin növbəti buraxılışı yayımlanıb.
Trend xəbər verir ki, verilişin qonağı Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov olub.
"Ermənilər Qarabağı könüllü olaraq tərk ediblər. Sözsüz ki, bu, vəziyyəti gərginləşdirmək üçün radikal ermənilərin təşəbbüsü ilə olub. Azərbaycan işğaldan azad edilmiş ərazilərə həyat qaytarır. Ardıcıl və düşünülmüş iş aparılır. Və bunun fonunda biz yenə də Qərbin macəra axtarışına çıxdığının şahidi oluruq. Bu, situasiyanı idarə etmək istəyindən irəli gəlir: əvvəlcə səbəb tap, sonra hər şeyi çətinləşdir”, - deyə akademik bildirib.
Ələkbərov qeyd edib ki, Azərbaycan balanslaşdırılmış, proqnozlaşdırıla bilən siyasət aparır.
"Azərbaycan qapılarını açıq qoyur. Ermənilərin Qarabağda inkişafı üçün böyük imkanlar var. Hər şey beynəlxalq oyunçuların özlərini necə aparmasından asılıdır. Əgər geri qayıtmamaqda maraqlıdırlarsa, bunu başqa motivlərlə stimullaşdıracaqlar", - o vurğulayıb.
Trend BİA verilişin tam buraxılışını oxuculara təqdim edir: