...

Azərbaycan və Ermənistan tərəfindən atılan bu cəsarətli addımı alqışlayırıq - Almaniya səfiri

Siyasət Materials 7 Dekabr 2023 22:42 (UTC +04:00)
Azərbaycan və Ermənistan tərəfindən atılan bu cəsarətli addımı alqışlayırıq - Almaniya səfiri

Bakı. Trend:

Bakı ilə İrəvan arasında əldə olunan bəyanatı alqışlayırıq.

Trend xəbər verir ki, bu barədə Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlman sosial şəbəkədə yazıb.

“Biz hər iki ölkə arasında ədalətli və davamlı sülh yolunda mühüm inam yaradan Azərbaycan və Ermənistan tərəfindən atılan bu cəsarətli addımı alqışlayırıq. Almaniya və Avropa İttifaqı bu prosesi dəstəkləyib və bunu davam etdirməyə hazırdır”, – o qeyd edib.

Xəbər lenti

Xəbər lenti