...

Gələn il Azərbaycanın bu ölkədə səfirliyi təsis edilə bilər

Siyasət Materials 28 Dekabr 2023 17:18 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

2024-cü ildə Taylanadda səfirliyimizin təsis edilməsi gözlənilir

Trend-in məlumatına görə, bunu bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair keçirilən mətbuat konfransında bildirib.

O qeyd edib ki, Azərbaycan gələn il daha 2 ölkədə səfirlik təsis edəcək.

"Eyni zamanda, Oman sultanlığında və Əfqanıstanda diplomatik missiyalarımız fəaliyyət başlayacaq", - deyə nazir bildirib.

Qeyd edək ki, Azərbaycanın xaricdə diplomatik missiyalarının sayı bu il 90-a çatıb.

Xəbər lenti

Xəbər lenti