...

Prezident İlham Əliyev dini sahəyə diqqət və qayğısını heç vaxt əsirgəməyib - İcma sədri

Siyasət Materials 22 Yanvar 2024 14:27 (UTC +04:00)
Prezident İlham Əliyev dini sahəyə diqqət və qayğısını heç vaxt əsirgəməyib - İcma sədri
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Son 20 ildə ölkəmizdə baş verən dəyişikliklərə, inkişafa nəzər salsaq, uğurlu bir siyasətin aparıldığının şahidiyik.

Bunu Trend-ə açıqlamasında Alban-Udi dini icmasının sədri Robert Mobili deyib.

O bildirib ki, bunun səbəbkarı cənab Prezident İlham Əliyevdir.

"Prezidentimiz hər bir icmaya vaxt ayırır. Bununla yanaşı, hər il dövlət tərəfindən ölkədəki dini icmalara maddi dəstəyin göstərilməsi bunun əyani sübutudur".

R.Mobili qeyd edib ki, İkinci Qarabağ müharibəsi zamanı Prezident, Ali Baş Komandan İlham Əliyevin komandanlığı altında Müzəffər Ordumuzun qətiyyəti sayəsində tarixi torpaqlarımız, o cümlədən, ulu babalarımız albanlara məxsus tarixi abidələrimiz, dini məbədlərimiz düşmən əsarətindən azad olundu.

"Əzəli torpaqlarımızda Qafqaz Albaniyası irsinə aid xristian mədəniyyəti nümunələri – əsarətdən qurtarılan kilsələrdə, monastırlarda ibadətlərimizi həyata keçirmək imkanı qazandıq. Qarabağa dəfələrlə səfərlərimiz zamanı erməni barbarlarının dini abidələrimizə qarşı törətdiyi əməllərin şahidi olduq, kilsələrimizi erməniləşdirdiklərini, saxtakarlıq etdiklərini ürək ağrısı ilə müşahidə etdik.

Şükürlər olsun ki, bu gün Prezident İlham Əliyevin sayəsində Alban-Udi Xristian dini icması olaraq Qarabağdakı öz müqəddəs məbədlərimizdə ibadətlərimizi, dini ayinlərimizi və bayramlarımızı icra edə bilirik. Həmin məbədlərdə icra etdiyimiz ayinlər zamanı bizə bu xoşbəxtliyi bəxş edən, dini sahəyə diqqət və qayğısını əsirgəməyən Prezident İlham Əliyevə daim dualar edirik", - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti