...

2-3 ay ərzində delimitasiya üzrə layihənin metodologiyası təsdiq oluna bilər - Qriqoryan

Siyasət Materials 28 Fevral 2024 18:37 (UTC +04:00)
2-3 ay ərzində delimitasiya üzrə layihənin metodologiyası təsdiq oluna bilər - Qriqoryan

Bakı. Trend:

Hazırda Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyası və demarkasiyası üzrə komissiyalar problemin həlli yollarını müzakirə edirlər.

Trend Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistan baş nazirinin müavini Mher Qriqoryan parlamentdə hökumət saatında deyib.

Onun sözlərinə görə, sənəddə geniş metodik mənzərə öz əksini tapacaq.

O əlavə edib ki, 2-3 aydan sonra komissiyaların əsasnamə layihəsini almaq mümkün olacaq ki, bu da sərhədlərin müəyyən edilməsi metodologiyasını əks etdirəcək. Sərhədlərin demarkasiyası və delimitasiyası prosesi uzun müddət çəkəcək.

Qeyd edək ki, yanvarın 31-də Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikasının Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi altında Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın altıncı görüşü keçirilib.

Xəbər lenti

Xəbər lenti